MƏDƏNİYYƏT
AMEA-nın Mərkəzi Elmi Kitabxanası Rusiyadan miniatür kitablar alıb
Kitabxanadan AZƏRTAC-a bildiriblər ki, dünyanın müxtəlif elm ocaqları və kitabxanaları ilə əlaqələr qururaq 60-dan çox ölkə və 700-ə yaxın təşkilatla kitab mübadiləsi həyata keçirən MEK müxtəlif dərgilər, dəyərli vəsaitlərlə kitab fondunu zənginləşdirir. Bu yaxınlarda Rusiyada fəaliyyət göstərən “Degostini” şirkəti ilə əlaqə saxlayan Mərkəzi Elmi Kitabxana bu qurumun məhsulu olan miniatür kitabları əldə etmək üçün həmin təşkilatın üzvü olub.
Əldə olunan razılaşmaya əsasən, şirkət dünya ədəbiyyatının şedevrləri silsiləsindən 20 ədəd miniatür kitabı kitabxanaya göndərib. Göndərilən kitabların içərisində F. Dostoyevskinin “İqrok”, A. Gertsenin “Kto vinovat?”, A. Tolstoyun “İzbrannoe”, S. Aksakovun “Semeynaya xronika”, D. Fonzivinin “Briqadir”, İ. Turqenevin “Zapiski oxotnika”, A. Kuprinin “Poedinok”, M. Qorkinin “Meşane” və digər müəlliflərin əsərləri yer alır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:55]
Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub
- 24.04.2024 [12:46]
Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar
- 24.04.2024 [11:59]
Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək
- 24.04.2024 [11:31]
İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb
- 24.04.2024 [09:37]
Bakıda Qırğız kino günlərinin açılışı olub
- 24.04.2024 [08:00]