ELM VƏ TƏHSİL
AMEA-nın Mərkəzi Elmi Kitabxanası beynəlxalq kitabxana təşkilatına üzv olmuşdur
Bakı, 7 mart (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) Avropa Şurası yanında Elmi Kitabxanalar Assosiasiyasının tamhüquqlu üzvlüyünə qəbul edilmişdir.
Kitabxanadan AZƏRTAC-a bildirmişlər ki, MEK Azərbaycanda fəaliyyət göstərən kitabxanalar arasında bu təşkilata üzv olan ilk kitabxanadır.
Qeyd edək ki, mərkəzi Hollandiyanın Haaqa şəhərində yerləşən Avropa Elmi Kitabxanalar Assosiasiyası (AEKA) 1971-ci ildə Avropa Şurasının qərarı ilə yaradılmışdır və Avropada elmi kitabxanaları birləşdirən yeganə dövlət qurumudur.
Əlavə məlumatlar AEKA-nın rəsmi http://www.libereurope səhifəsində yer almışdır.