ELM VƏ TƏHSİL
AMEA-nın Radiasiya Problemləri İnstitutunun əməkdaşları Ukraynada treninq kursunda iştirak edirlər
Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun (RPİ) radiokimya laboratoriyasının böyük elmi işçisi Cəlal Nağıyev və mühəndis Azər Sadıqov Ukraynanın paytaxtı Kiyev şəhərində “Nüvə kriminalistikası; uran və plutonium nüvə materiallarının izotop tərkibinin müasir proqram təminatlı avadanlıq və metodlarla analizi və dərin ekspertizasının aparılması” mövzusunda keçirilən treninq kursunda iştirak edirlər.
RPİ-dən AZƏRTAC-a bildiriblər ki, kursun məqsədi yüksək zənginləşmə dərəcəli nüvə materiallarının nondestruktiv analiz metodları ilə nüvə kriminalistik analiz bacarıqlarını iştirakçılara aşılamaq və müasir proqram təminatlı avadanlıq və metodlar haqqında informasiya mübadiləsinin həyata keçirməsidir.
Kurslar oktyabrın 18-dək davam edəcəkdir.