ELM VƏ TEXNOLOGİYA


AMEA-nın Şəki Regional Elmi Mərkəzində uğurlu elmi tədqiqatlar aparılır

A+ A

Bakı, 19 noyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şəki Regional Elmi Mərkəzində uğurlu elmi tədqiqatlar aparılır.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, Şəki rayonunun Baş Şabalıd kəndi ərazisində olan təbii fitosenoz sahəsində meyvə bitkilərinin, xüsusən tumlu, çəyirdəkli və qərzəkli meyvə bitkilərinin genetik pasportlaşma işi həyata keçirilir.

Tumlu meyvə bitkilərinin göz calağını aparmaq məqsədilə Zaqatala rayonunun ərazisində olan xalq seleksiyası yolu ilə yaradılmış sortların əvvəlcədən müəyyənləşdirilməsi işi yerinə yetirilib. Bir neçə il bundan əvvəl yığılmış 33 alma sortu məktəbli pitomnikindən köçürülərək genofond bağında əkilib. Bundan əlavə, xabədmüşk, başınağacı, quşarmudu, cökə, Qafqaz xurniyi, qırmızı yemişan, qara yemişan, şabalıd, ağcaqayın və qaratikan bitkilərindən nümunələr nektarlılıq dərəcəsini təyin etmək məqsədilə fiksasiya edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.