ELM VƏ TƏHSİL
AMEA-nın əməkdaşı Sankt-Peterburqda beynəlxalq konfransda çıxış edib
Bakı, 9 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) əməkdaşları Nadirə Həsənxanova və Nərmin Dadaşova Sankt-Peterburqda keçirilən “OrqXim-2016” adlı geniş spektrli beynəlxalq konfransda iştirak ediblər.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, N.Həsənxanova NKPİ-nin alimləri tərəfindən piroliz prosesi istiqamətlərində əldə edilmiş nəticələri konfrans iştirakçılarının nəzərinə çatdırıb, piroliz prosesinin təkmilləşməsinin yeni istiqamətləri ilə tanış olub.
Azərbaycanlı alim “Vakuum qazoylu, şlam və onların pambıq yağı ilə qarışığının termokatalitik çevrilmə prosesində aşağı molekullu olefinlərin alınması” işinin nəticələrini təqdim edib.
Klaster quruluşlu tədbirin “Heteroloji birləşmələrin uğurları” konfransı çərçivəsində N.Dadaşovanın stend məruzəsi dinlənilib.