ELM VƏ TEXNOLOGİYA


AMEA-nın əməkdaşları Gürcüstanda keçirilən yay məktəbində iştirak ediblər

A+ A

Bakı, 21 sentyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun bir qrup gənc əməkdaşı “Qafqaz regionunda dağlıq ərazilərin dayanıqlı inkişafına dəstək” layihəsi çərçivəsində Gürcüstanda keçirilən “Yeni dağ üfüqləri: dəyişən dünyada Qafqaz regionu” adlı yay məktəbində iştirak ediblər.

Yay məktəbi Rusiya Elmlər Akademiyası Coğrafiya İnstitutunun təşkilatçılığı və İsveçrə Milli Elm Fondunun, bu ölkənin İnkişaf və Korporasiya Agentliyi və İsveçrə Qafqaz Şəbəkəsi Akademiyasının maliyyə dəstəyi ilə reallaşıb. Samtsxe-Cavaxeti regionunun Abastumani qəsəbəsində keçirilən tədbirdə Azərbaycan, Türkiyə, Gürcüstan, İran və Rusiyadan nümayəndələr iştirak ediblər.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, yay məktəbinin məqsədi elm və sülh naminə gənc tədqiqatçıların beynəlxalq əməkdaşlıq şəbəkəsinin yaradılmasıdır.

Tədbirdə Qafqaz regionunda iqlim dəyişiklikləri, təbii fəlakətlər, torpaqdan istifadə və idarəetmə, turizmin dayanıqlı inkişafı mövzularında mühazirələr dinlənilib. AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov “Cənubi Qafqazın dağlıq ərazilərində təbii risklər” (Azərbaycanın timsalında) mövzusunda məruzə ilə çıxış edib.

Sonra çöl tədqiqatları və praktik dərslər keçirilib. Abastumani, Ude, Zazalo kəndlərində yerli əhali ilə sorğular keçirilib, landşaftın idarəedilməsinə dair praktik məşğələlər aparılıb. Xulo qəsəbəsində isə bələdiyyə sədri ilə görüş təşkil olunub və regionun problemləri müzakirə edilib.

Tədbirdə dağlıq ərazilərin xəritələşdirilməsi mövzusunda mühazirələr dinlənilib və müvafiq çöl tədqiqatları aparılıb. Alınmış nəticələr online serverlərlə yüklənib. Aparılmış tədqiqatlar əsasında təqdimatlar olub.

Sonda yay məktəbinin iştirakçılarına sertifikatlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.