ELM VƏ TEXNOLOGİYA


AMEA-nın əməkdaşları Slovakiyada keçirilən “İCT Proposal Day 2016” konfransında iştirak ediblər

A+ A

Bakı, 3 oktyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İdarəetmə Sistemləri İnstitutunun (İSİ) şöbə müdiri, Avropa İttifaqının İKT və Gələcəyin Qabaqcıl Texnologiyaları (GQT) üzrə Azərbaycandakı milli təmsilçisi Tofiq Babayev və baş elmi işçi Elxan Səbziyev Slovakiyanın Bratislava şəhərində keçirilən, Avropa Komissiyasının “HORIZON-2020” elmi-tədqiqat innovasiya çərçivə proqramlarına həsr edilmiş "İCT Proposal Day 2016” konfransında iştirak ediblər.

İSİ-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə azərbaycanlı alimlərin layihə təklifləri üzrə 30-dan artıq xarici ölkənin elm adamları ilə görüşləri keçirilib. Görüşlər zamanı “HORİZON-2020” proqramının 2017-ci ilə həsr edilmiş çağırışları üçün elan edilmiş mövzular üzrə konsorsium qurmaq üçün xarici ölkə nümayəndələri ilə danışıqlar aparılıb.

T.Babayev “HORİZON-2020” İCT və GQT milli təmsilçilərinin iclasında iştirak edib, Bakıda keçirilən “HORİZON 2020”-yə həsr edilmiş Twinninq və İNFO günü barədə görüş iştirakçılarına geniş məlumat verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.