ELM VƏ TƏHSİL
AMEA-nın gənc mütəxəssisləri Türkiyədə elmi konfransda
Bakı, 24 oktyabr, AZƏRTAC
Türkiyə Uşaq və Gənclik Ədəbiyyatı Yazarlar Birliyinin təşkilatçılığı ilə İstanbulda “Beynəlxalq uşaq və gənclik ədəbiyyatı” mövzusunda üçüncü elmi konfrans keçirilib.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi Aynurə Paşayeva və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun böyük elçisi Türkan Əsgərova iştirak ediblər.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, konfransda gənc mütəxəssislərin “Azərbaycan” jurnalı səyahətnamələrində Türkiyə ədəbiyyatı” və “Azərbaycan və türk xalqının mənəvi dəyərlərinin inkişafı və formalaşmasında uşaq və gənclik ədəbiyyatının rolu” mövzularında məruzələri dinlənilib. Onlar konfransın yekununda sertifikatlara layiq görülüblər.