ELM VƏ TƏHSİL


AMEA-nın institutu beynəlxalq əlaqələrini genişləndirir

Bakı, 9 iyun, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Rusiya Federasiyası Perm Milli Tədqiqat Politexnik Universitetinin nümayəndə heyəti ilə görüş olub.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, görüşdə iki qurum arasında elmi əlaqələrin genişləndirilməsi, alim və tədqiqatçıların mübadiləsi, eləcə də birgə layihələrin həyata keçirilməsi istiqamətində müzakirələr aparılıb.

AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyev qonaqlara rəhbərlik etdiyi müəssisənin elmi fəaliyyət istiqamətləri, burada aparılan tədqiqat işləri və əldə olunan nailiyyətlər barədə məlumat verib.

Sonra Perm Milli Tədqiqat Politexnik Universitetinin neft və qaz yataqlarının işlənməsi və geologiyası elm-tədris mərkəzinin direktoru, texnika üzrə fəlsəfə doktoru Pavel İlyuşin çıxış edərək iki qurum arasında əlaqələrin qurulması və birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Sonra qonaqlar institutun laboratoriyalarının maddi-texniki bazası və alimlərin elmi fəaliyyəti ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.