ELM VƏ TƏHSİL


AMEA-nın nümayəndələri Rusiyada “Texnoprom-2017”  forumunda iştirak ediblər

Bakı, 22 iyun, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nümayəndələri Rusiyanın Novosibirsk şəhərində keçirilən “Texnoprom-2017” V Beynəlxalq Texnoloji İnkişaf Forumunda iştirak ediblər. AMEA İşlər İdarəsinin müdiri Fətəli Abdullayev və AMEA Yüksək Texnologiyalar Parkının direktoru Vüqar Babayev forumda iştirak etmək üçün Rusiyada səfərdə olublar.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, beynəlxalq müzakirələr üçün geniş platforma hesab olunan V Beynəlxalq Texnoloji İnkişaf Forumunda elmin tərəqqisi, yeni texnologiyalar, iqtisadiyyatın inkişafı üçün yeni modellərin yaradılması yolları və s. məsələlər müzakirə olunub. Forumun ilk günü ənənəvi olaraq keçirilən "STİ Expo" - Elm, Texnologiya və İnnovasiya Sərgisinin açılışı olub. Rusiyanın aparıcı alim və tədqiqatçıları, sənaye biznesi nümayəndələri, texnologiya sahəsində fəaliyyət göstərən sahibkarlar, iş adamlarının iştirak etdiyi forumda 5 mindən çox insan iştirak edib. "Yeni sənaye inqilabı: gələcəyini qazan" şüarı altında keçirilən forumun məqsədi Rusiya iqtisadiyyatında texnologiya sahəsində liderliyi təşviq etmək və iqtisadiyyatın rəqabət qabiliyyətini artırmaqdır.

Üç gün davam edən forumda Rusiya iqtisadiyyatının şaxələndirilməsi, ənənəvi bazarlarda idxal olunan məhsulların əvəzlənməsi və yeni texnologiyalar əsasında hazırlanan məhsulların xarici bazarlara çıxarılması və s. istiqamətlərdə müzakirələr aparılıb. Elm, sənaye və innovativ biznes sahəsinin aparıcı nümayəndələri arasında sıx əməkdaşlıq əlaqələrinin qurulması və gənclərin bu sahələrə cəlb edilməsi, yüksək texnologiyalar sahəsində startapların inkişaf etdirilməsi də forumda müzakirə mövzusu olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.