ELM VƏ TƏHSİL


AMEA-nın nümayəndəsi Ukraynada əməkdaşlıq imkanlarını müzakirə edir

Bakı, 25 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyəti aparatının elm və təhsil idarəsinin rəisi, texnika elmləri doktoru, professor Əminağa Sadıqov Ukraynanın paytaxtı Kiyevdə ezamiyyətdədir.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, iyulun 31-dək davam edəcək səfərin məqsədi Ukrayna Milli Elmlər Akademiyasında, bu ölkənin aparıcı universitetlərində elmi tədqiqatların təşkili, elmi kadr hazırlığı ilə bağlı təcrübəni öyrənmək və bu sahədə əməkdaşlıq məsələlərini həll etməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.