SİYASƏT
AMEA-nın prezidenti Akif Əlizadə: Forum çərçivəsində aparılan müzakirələr Azərbaycanın bütün dünyada humanitar sahədə qabaqcıl ölkə kimi tanıdacaq VİDEO
Bakı, 1 noyabr (AZƏRTAC). Forum çərçivəsində aparılan müzakirələr Azərbaycanın bütün dünyada humanitar sahədə qabaqcıl ölkə kimi tanıdacaq. Məhz bu, forumun əsas ideyalarından biridir.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində AMEA-nın prezidenti Akif Əlizadə demişdir.
Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun “Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları” mövzusunda keçirilən “dəyirmi masa”sından danışarkən AMEA-nın prezidenti bildirmişdir ki, gələcəyi qurmaq üçün kompyuter texnologiyalarının təkmilləşdirilməsi zərurəti bu gün prioritet məsələdir. Akademik demişdir ki, yeni texnologiyaların inkişafı kvant fizikası kimi elmin nailiyyətlərindən çox asılıdır. “Fizika və biologiya, fizika və tibb elmlərinin təmasında aparılan müasir araşdırmalar həmişə yeni nailiyyətlərin əldə edilməsinə gətirib çıxarır”, - deyə A.Əlizadə bildirmişdir.
AMEA-nın prezidenti demişdir ki, “dəyirmi masa”nın sonunda yekun sənəd qəbul ediləcəkdir.