ELM VƏ TƏHSİL


AMEA-nın qarşısında duran vəzifələr müzakirə edilib

Bakı, 24 may, AZƏRTAC 

Mayın 24-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin genişləndirilmiş iclasında AMEA-nın 2017-ci il 28 aprel tarixli ümumi yığıncağının qərarının icrasından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə tərtib edilən Tədbirlər Planı müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə həmin iclasda rəhbərlik etdiyi qurumun 2016-cı ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatın geniş müzakirə olunduğunu, hesabatın təsdiq edilməsi ilə bağlı müvafiq qərar qəbul edildiyini deyib. Bildirib ki, qərarda Rəyasət Heyətinə 2017-ci ildə AMEA-da icrası zəruri olan bir sıra məsələlərlə bağlı tapşırıqlar verilib. Həmin tapşırıqların icrasını təmin etmək məqsədilə Tədbirlər Planı hazırlanıb.

Geniş müzakirələrdən sonra AMEA-nın ümumi yığıncağının 2017-ci il 28 aprel tarixli qərarının icrası ilə bağlı Tədbirlər Planı təsdiq edilib.

Tədbirlər Planında Prezident İlham Əliyevin elmin inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrasının davam etdirilməsi, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”nin həyata keçirilməsində AMEA-nın yaxından iştirakının təmin olunması, AMEA-da prioritet istiqamətli elmi tədqiqatlara üstünlük verilməsi və digər mühüm məsələlər yer alıb. Bundan əlavə, biotexnologiya, gen mühəndisliyi və biofizika sahələrində elmi tədqiqat işlərinin genişləndirilməsi və kadr hazırlığının gücləndirilməsi, Xəzər dənizinin ekologiyası, biologiyası və geologiyası ilə bağlı tədqiqatlara üstünlük verilməsi, Azərbaycanşünaslıq istiqamətində elmi tədqiqatların prioritetliyinin təmin edilməsi, beynəlxalq elmi əlaqələrin, elm və təhsilin inteqrasiyası sahəsində görülən tədbirlərin daha da genişləndirilməsi, AMEA-nın Yüksək Texnologiyalar Parkının maddi-texniki bazasının və kadr potensialının formalaşdırılması, müvafiq infrastrukturunun qurulması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsinin təmin olunması, “Elektron elm” layihəsi çərçivəsində elmin informasiya təminatının gücləndirilməsi, informasiya texnologiyaları sahəsində tədqiqatların genişləndirilməsi və digər məsələlər Tədbirlər Planında öz əksini tapıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.