ELM VƏ TƏHSİL
AMEA-nın vitse-prezidenti Rusiyada və Belarusda tədbirlərdə iştirak edib
Bakı, 10 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İbrahim Quliyev Belarusda və Rusiyada səfərdə olub.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, akademik Belarusun paytaxtı Minskdə “Müstəqil Dövlətlər Birliyinin 25 illiyi: yekunlar və perspektivlər” mövzusunda keçirilən beynəlxalq elmi-praktiki konfransda iştirak edib.
İ.Quliyevin Rusiyaya səfərinin məqsədi isə Tatarıstan Respublikası Elmlər Akademiyasının yaranmasının 25 illik yubiley tədbirində və İ.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin müdafiə şurasının iclasında doktorluq dissertasiyasının opponenti qismində iştirak və əməkdaşlıq perspektivlərini müzakirə etmək olub.