ELM VƏ TEXNOLOGİYA


AMEA-nın www.science.gov. az veb-portalının monitorinqi keçiriləcək

A+ A

Bakı, 21 sentyabr, AZƏRTAC

Azərbaycanın ilk veb saytı - science.gov.az portalı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin, bu qurumun elmi müəssisə və təşkilatlarının, alimlərin fəaliyyətini işıqlandırır, həmçinin elmdə aparılan islahatları, elmin inkişafı sahəsində əldə edilmiş nailiyyətləri obyektiv təbliğ edir.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, bu sözləri rəyasət heyətinin sentyabrın 21-də keçirilmiş növbəti iclasında AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev söyləyib.

Akademik deyib ki, science.gov.az portalı daim təkmilləşdirilir və inkişaf etdirilir. Ötən il innovativ texnologiyalar tətbiq edilməklə, portalın yeni versiyası hazırlanaraq istifadəyə verilib, ayrı-ayrı elmi qurumlara dair məlumatlar burada daha geniş əks olunub. Lakin vaxt ötdükcə portalda AMEA-nın qurumları haqqındakı bəzi məlumatlar köhnəlir və ya aktuallığını itirir. Odur ki, səhifələrdə bəzi informasiyaların mütəmadi yenilənməsi, qeyri-dəqiq məlumatların redaktəsi, bir sözlə portalın informasiya təminatının aktual vəziyyətdə saxlanılması zərurəti yaranıb. Bu məqsədlə science.gov.az portalının informasiya təminatının kompleks monitorinqinin aparılması və qarşıya çıxacaq nöqsanların aradan qaldırılması üçün bir sıra tədbirlərin həyata keçirilməsi məqsədəuyğundur.

Rəyasət heyəti www.science.gov.az veb-portalının informasiya təminatının vəziyyətinin kompleks monitorinqinin həyata keçirilməsi barədə qərar verib. Monitorinq işlərinin təşkili və həyata keçirilməsi İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinə və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutuna tapşırılıb. Bununla əlaqədar idarə və institut təlim kursları keçirəcək. Həmçinin portaldan istifadə imkanlarını artırmaq məqsədilə instituta www.science.gov.az portalının mobil versiyasının hazırlanması tapşırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.