İQTİSADİYYAT
AMEA prezidenti “Bakı Elm Festivalı-2014”ə verdiyi dəstəyə görə ARDNŞ-ə təşəkkürünü bildirib
Bakı, 24 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevə məktub ünvanlayıb. ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məktubda şirkətin respublikada elmin inkişafına göstərdiyi diqqət və qayğıya, o cümlədən noyabrın 10-11-də keçirilmiş “Bakı Elm Festivalı-2014”ə verdiyi dəstəyə görə təşəkkür ifadə olunur.
Həmçinin Dövlət Neft Şirkətinin elmdə və təhsildə əldə etdiyi uğurların artıq ölkə hüdudlarından kənara çıxdığı, Prezident İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirəcəyik” kəlamlarının uğurla gerçəkləşdiyi və “Bakı Elm Festivalı-2014”ün bu gerçəkliyinin əyani ifadəsi olduğu qeyd edilir.
AMEA-nın prezidenti ARDNŞ ilə əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]