Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB CORC BUŞA

Hörmətli cənab Prezident, 

Amerika Birləşmiş Ştatlarını tərk edərkən Sizinlə və administrasiyanızın üzvləri ilə görüşlərimi məmnuniyyətlə xatırlayıram və ölkələrimiz arasında münasibətlərin gələcək inkişafına dair müzakirələrə görə öz minnətdarlığımı bildirirəm.

Klivlend şəhərinin klinikasında müayinə və müalicəm üçün yaradılmış yaxşı şəraitə görə və mənə göstərdiyiniz diqqət üçün Sizə təşəkkür edirəm.

Sizə, cənab Prezident, möhkəm cansağlığı, gələcək fəaliyyətinizdə uğurlar diləyirəm.

Dərin hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

12 mart 2003-cü il

Klivlend şəhəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin