Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB CORC BUŞA

Hörmətli cənab Prezident,

Bütün bəşəriyyəti dəhşətə gətirmiş 11 sentyabr terror hadisələrinin ildönümü ilə əlaqədar Sizə və Amerika xalqına dərin hüznlə başsağlığı verirəm.

Biz terrorizmi qətiyyətlə pisləyir, onun bütün təzahürlərinə qarşı mübarizəni dəstəkləyirik.

Məmnunluq hissi ilə qeyd edirəm ki, ölkəmizin beynəlxalq antiterror koalisiyasında iştirakı Azərbaycan ilə ABŞ arasında əməkdaşlığın daha da dərinləşməsinə xidmət edir.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 sentyabr 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin