CƏMİYYƏT


ANAMA: Cocuq Mərcanlıda 1244 qəlpə aşkarlanıb

Bakı, 11 may, AZƏRTAC

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri mayın 11-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində

1244 qəlpə aşkar ediblər. Mina və partlamamış hərbi sursat aşkar edilməyib. Ümumilikdə 23 min 398 kvadratmetr ərazi yoxlanılıb.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, 79 gün ərzində agentlik tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış olub. Qırx partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib.

İndiyədək 2 milyon 691 min 692 kvadratmetr (269,2 hektar) ərazi müxtəlif üsul və vasitələrlə yoxlanılıb. 1 milyon 752 min 792 kvadratmetr (175,3 hektar) ərazi tam təmizlənib. 825 min 900 kvadratmetr (82,6 hektar) ərazi mexaniki üsulla, 113 min kvadratmetr (11,3 hektar) ərazi isə “SENSYS - dərinlik ölçən cihazı” ilə təkrar dərinliyə yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Agentlik tərəfindən yanvarın 1-dən mayın 11-dək 5618 partlamamış hərbi sursat, tank əleyhinə 117 mina və piyada əleyhinə 14 mina aşkarlanaraq zərərsizləşdirilib. Cəmi 2 milyon 756 min 166 kvadratmetr ərazi yoxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.