CƏMİYYƏT


ANAMA: Cocuq Mərcanlıda 1504 qəlpə, 26 partlamamış hərbi sursat aşkarlanıb

Bakı, 17 may, AZƏRTAC

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri mayın 17-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 1504 qəlpə, 26 partlamamış hərbi sursat (1 ədəd 30 millimetrlik silah qumbarası “VOQ-17”, 25 ədəd 82 millimetrlik minaatan mərmisinin partladıcı başlığı “M-6IÇ”) və 49 tank əleyhinə “TM-57” minasının partladıcısı “MVZ-57” aşkar ediblər. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülüb. Ümumilikdə, 27 min 324 kvadratmetr (2,73 hektar) ərazi tam təmizlənib, 32 min 500 kvadratmetr (3,25 hektar) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, 85 gün ərzində agentlik tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış olub. Altmış yeddi partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

İndiyədək aparılan minatəmizləmə əməliyyatları nəticəsində 1 milyon 990 min 910 kvadratmetr (199,09 hektar) ərazi tam təmizlənmiş, 958 min 640 kvadratmetr (95,86 hektar) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.