CƏMİYYƏT
ANAMA: Cocuq Mərcanlıda bir minaatan mərmisi və iki tank əleyhinə mina aşkarlanıb VİDEO
Bakı, 12 may, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri mayın 12-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 1319 qəlpə, 1 ədəd 82 millimetrlik minaatan mərmisi (OF-832) və 2 tank əleyhinə mina (TM-57) aşkar ediblər. Həmin sursatlar zərərsizləşdirilməsi üçün götürülüb. Ümumilikdə 29 min 619 kvadratmetr ərazi yoxlanılıb.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, 80 gün ərzində agentlik tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış olub. Qırx bir partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib.
İndiyədək 2 milyon 721 min 311 kvadratmetr (272,1 hektar) ərazi müxtəlif üsul və vasitələrlə yoxlanılıb. 1 milyon 763 min 911 kvadratmetr (176,4 hektar) ərazi tam təmizlənib. 844 min 400 kvadratmetr (84,4 hektar) ərazi mexaniki üsulla, 113 min kvadratmetr (11,3 hektar) ərazi isə SENSYS dərinlik ölçən cihazı ilə təkrar dərinliyə yoxlanılıb.
Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.
Agentlik tərəfindən yanvarın 1-dən mayın 12-dək 5619 partlamamış hərbi sursat, tank əleyhinə 119 mina və piyada əleyhinə 14 mina aşkar olunaraq zərərsizləşdirilib. Cəmi 2 milyon 785 min 785 kvadratmetr ərazi yoxlanılıb.