ANAMA Cocuq Mərcanlıda əməliyyatları davam etdirir
Pekin, 10 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) dekabrın 10-da Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ətrafında və suvarma kanalının çəkilməsi nəzərdə tutulan ərazilərdə aparılan təmizləmə əməliyyatları barədə operativ məlumat yayıb.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 13 000 (1.30 ha) ərazi tam təmizlənib, 6000 kvadrat metr (0.60 ha) ərazi 20 sm dərinliyində və 3600 kvadrat metr (0.36 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanmış (cəmi: 22 600 kvadrat metr (2.26 ha), mina və partlamamış hərbi sursat aşkar edilməyib. Əməliyyatlarda 55 nəfərlik şəxsi heyət iştirak edir.
Cocuq Mərcanlıda 23 gün ərzində 9 ədəd partlamamış hərbi sursat (PHS) (1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 2 ədəd RQ-42 əl qumbarası, 2 ədəd TM-62 minasının gücləndiricisi və 3 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7)) və 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilib, 441880 kvadrat metr (44.19 ha) ərazi tam təmizlənib, 235826 kvadrat metr (23.58 ha) ərazi 20 sm dərinliyində 179700 kvadrat metr (17.97 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb. (Cəmi: 857 406 kvadrat metr (85.74 ha).
Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.