CƏMİYYƏT


ANAMA: Cocuq Mərcanlıda gün ərzində 1 343 qəlpə aşkar edilib

Bakı, 14 may, AZƏRTAC

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri tərəfindən mayın 14-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 1 343 ədəd qəlpə aşkar edilib. Mina və partlamamış hərbi sursat aşkar olunmayıb, nəticə etibarilə 43 267 kvadratmetr ərazi yoxlanılıb.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, 82 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib, 41 ədəd partlamamış hərbi sursat, 2 ədəd 120 millimetrlik minaatan mərmi, 2 ədəd 93 millimetrlik tank əleyhinə idarə olunmayan PQ-7VL raketi, 10 ədəd 70 millimetrlik tank əleyhinə idarə olunmayan PQ-7VM raketi, 4 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd RQD-5 əl qumbarası, 4 ədəd 23 millimetrlik zenit top mərmisi (OFZT), 1 ədəd 100 millimetrlik top mərmisi (OF-412), 8 ədəd TM-62P3 minasının gücləndiricisi, 1 ədəd TM-57 minasının gücləndiricisi, 1 ədəd 122 millimetrlik top mərmisi (Ş-1) və 1 ədəd Ş-1 top mərmisinin DTM-75 döyüş başlığı), 10 ədəd piyada əleyhinə mina (OZM-72) və 76 ədəd tank əleyhinə mina (25 ədəd TM-57 minası və 51 ədəd TM-57 minasının partladıcısı (MVZ-57)) aşkar olunaraq zərərsizləşdirilib. İndiyədək 2 793 592 kvadratmetr ərazi müxtəlif üsul və vasitələrlə yoxlanılıb, 1 800 392 kvadratmetr ərazi tam təmizlənib, 880 200 kvadratmetr ərazi mexaniki üsulla yoxlanılıb, 113 000 kvadratmetr ərazi isə ″SENSYS dərinlik ölçən cihazı″ ilə təkrar dərinliyə yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.