CƏMİYYƏT


ANAMA: Cocuq Mərcanlıda piyada əleyhinə mina aşkarlanıb

Bakı, 20 may, AZƏRTAC

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri mayın 20-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 1257 qəlpə, 1 piyada əleyhinə mina “OZM-72” aşkar ediblər. Sursat zərərsizləşdirilməsi üçün götürülüb.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, ümumilikdə 20 min 146 kvadratmetr ərazi tam təmizlənib, 22 min kvadratmetr ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

Agentlik tərəfindən 88 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış olub. Yetmiş partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

İndiyədək aparılan minatəmizləmə əməliyyatları nəticəsində 2 milyon 55 min 477 kvadratmetr ərazi tam təmizlənib. 1 milyon 37 min 40 kvadratmetr ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.