CƏMİYYƏT
ANAMA: Cocuq Mərcanlıda piyada əleyhinə mina və tank əleyhinə minanın partladıcısı aşkarlanıb
Bakı, 4 may, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri mayın 5-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 1341 qəlpə, 1 piyada əleyhinə “OZM-72” minası və 1 tank əleyhinə “TM-57” minasının partladıcısını (MVZ-57) aşkar ediblər. Tapılan sursat zərərsizləşdirilib. Ümumilikdə yoxlanılan ərazi 22 min 429 kvadratmetr təşkil edib.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, 76 gün ərzində agentlik tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış olub. Qırx partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib. Ümumilikdə 2 milyon 614 min 611 kvadratmetr ərazi yoxlanılıb.
Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.
Agentlik tərəfindən yanvarın 1-dən mayın 4-dək 5618 partlamamış hərbi sursat, tank əleyhinə 114 mina və piyada əleyhinə 13 mina aşkar olunaraq zərərsizləşdirilib. Cəmi 2 milyon 677 min 585 kvadratmetr ərazi yoxlanılıb.