CƏMİYYƏT


ANAMA Cocuq Mərcanlıda tank əleyhinə iki, piyada əleyhinə bir mina aşkarlayıb

Bakı, 10 may, AZƏRTAC

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri mayın 10-da Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 1254 qəlpə, tank əleyhinə 2 “TM-57” minası və piyada əleyhinə bir “OZM-72” minası aşkar ediblər. Həmin sursatlar zərərsizləşdirilməsi üçün götürülüb. Ümumilikdə yoxlanılan ərazi 33 min 784 kvadratmetr təşkil edib.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, 78 gün ərzində agentlik tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış olub. Qırx partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib. İndiyədək 1 milyon 741 min 994 kvadratmetr (174,2 hektar) sahə təmizlənib.

Ümumi 2 milyon 668 min 294 kvadratmetr (266,8 hektar), o cümlədən 1 milyon 741 min 994 kvadratmetr (174,2 hektar) ərazi yerüstü və 20 santimetr dərinlikdə, 926 min 300 kvadratmetr (92,6 hektar) ərazi yeraltı dərin təmizlənib.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Agentlik tərəfindən yanvarın 1-dən mayın 10-dək 5618 partlamamış hərbi sursat, tank əleyhinə 117 mina və piyada əleyhinə 14 mina aşkarlanaraq zərərsizləşdirilib. Cəmi 2 milyon 732 min 768 kvadratmetr ərazi yoxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.