CƏMİYYƏT


ANAMA aprelin 7-dən noyabrın 11-dək 3 953 ədəd partlamamış hərbi sursat zərərsizləşdirib VİDEO

A+ A

Bakı, 12 noyabr, AZƏRTAC

Noyabrın 11-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Tərtər rayonunda aşkar olunmuş partlamamış hərbi sursatlar (PHS) haqqında məlumat yayıb.

ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayonun Borsunlu kəndinin əkin sahəsində 1 ədəd partlamamış hərbi sursat (122 millimetrlik raket mərmisinin döyüş başlığı – QDT-90) aşkar edilərək götürülüb, nəticə etibarilə 1 000 kvadratmetr ərazi yoxlanılıb.

Ümumilikdə ANAMA tərəfindən aprelin 7-dən noyabrın 11-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara, Salyan rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində 649 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 2 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu, 1 qoruq ərazisi və 1 çınqıl karxanasına baxış keçirilib. Baxış zamanı 3 953 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 2 ədəd piyada əleyhinə mina (OZM-72), 2 ədəd “siqnal minası” və 43 ədəd tank əleyhinə mina aşkarlanaraq zərərsizləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.