CƏMİYYƏT


ANAMA ilə Britaniya səfirliyi arasında anlaşma memorandumu imzalanacaq

A+ A

Bakı, 9 sentyabr, AZƏRTAC 

Sentyabr 14-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) baş qərargahında bu qurum ilə Böyük Britaniyanın ölkəmizdəki səfirliyi arasında anlaşma memorandumu imzalanacaq.

ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, layihəyə əsasən Böyük Britaniya hökumətinin maliyyə dəstəyi ilə agentlik tərəfindən sərhədyanı rayonlarda evlərin, pay torpaqlarının və əkin sahələrinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi nəzərdə tutulur. Layihə 2016-cı ilin sentyabrın ikinci yarısında başlayacaq və 2017-ci ilin martında başa çatacaq.

Böyük Britaniya hökuməti ilə agentlik arasında belə layihələrin gələcəkdə də davam etdirilməsi planlaşdırılır.

Tədbirdə ANAMA-nın direktoru Qəzənfər Əhmədovun, Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Kerol Kroftsun, eləcə də səfirliyin və ANAMA-nın məsul işçilərinin iştirakı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.