CƏMİYYƏT


ANAMA-nın minaaxtaranları Tərtər rayonunda 8,5 min kvadratmetr ərazini yoxlayıblar

A+ A

Bakı, 17 iyul, AZƏRTAC

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri iyulun 17-də Tərtər rayonunun Qaynaq kəndində bir əkin sahəsində üç partlayış yerinə baxış keçiriblər. Axtarış nəticəsində partlamış hərbi sursatın qalıqları aşkar edilərək götürülüb. Ümumilikdə 8,5 min kvadratmetr ərazi yoxlanılıb.

Ümumilikdə agentlik tərəfindən aprelin 7-dən iyulun 17-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 622 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, tibb məntəqəsinə, metal anbarına, 30 fermaya, əkin sahələrinə və çaxır zavodu ərazisinə baxış keçirilib.

Axtarışlar nəticəsində 1591 partlamamış hərbi sursat, piyada əleyhinə 18 mina (PMN), o cümlədən 3 “POMZ-2” və tank əleyhinə 37 mina (15-i OZM-72) aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı, məktəblərin və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.