CƏMİYYƏT


ANAMA-nın minaaxtaranları Tərtər rayonunda partlamış iki hərbi sursat aşkar ediblər

A+ A

Bakı, 23 iyul, AZƏRTAC

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) ekspertləri iyulun 23-də Tərtər rayonunun Şıxarx kəndi ərazisindəki çınqıl karxanasında üç partlayış yerinə baxış keçiriblər. Baxış nəticəsində partlamış iki hərbi sursatın “9M22U” qrad raketinin qalıqları aşkar edilərək götürülüb. Gün ərzində 6 min kvadratmetr ərazi yoxlanılıb.

Ümumilikdə Agentlik tərəfindən aprelin 7-dən iyulun 23-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 629 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, çaxır zavodu və çınqıl karxanası ərazisinə baxış keçirilib. Yoxlamalar nəticəsində 1594 partlamamış hərbi sursat, piyada əleyhinə 15, o cümlədən üç “POMZ-2”, bir “OZM-72” və tank əleyhinə 23 mina aşkarlanaraq zərərsizləşdirilib.

Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qruplar minaaxtaran itlərlə təmas xəttinin yaxınlığındakı kəndlərdə evlərin, məktəblərin və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.