CƏMİYYƏT


ANAMA-nın mütəxəssisləri Ağcabədi və Tərtərdə 13 min kvadratmetr ərazini yoxlayıblar

A+ A

Bakı, 18 avqust, AZƏRTAC

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri avqustun 18-də iki əkin sahəsi və bir otlaq sahəsində beş partlayış yerinə baxış keçirib, partlamış “9M22U” qrad raketi və top mərmisinin qalıqları aşkar edilərək götürülüb, gün ərzində 13.000 kvadratmetr ərazi yoxlanılıb.

ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində 2 əkin sahəsində iki partlayış yerinə baxış keçirilib, partlamış “9M22U” qrad raketi və top mərmisinin qalıqları aşkar edilərək götürülüb, 6 min kvadratmetr ərazi yoxlanılıb.

Tərtər rayonunun Həsənqaya kəndində otlaq sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatın qalıqları aşkarlanıb, 7 min kvadratmetr ərazi yoxlanılıb.

Ümumilikdə Agentlik tərəfindən aprelin 7-dən 18-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran və Bakı şəhərlərində 642 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu və 1 çınqıl karxanası ərazisinə baxış keçirilib, 3.472 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 31 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı, məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.