CƏMİYYƏT


ANAMA-nın mütəxəssisləri partlamış qradın qalıqlarını götürüb

A+ A

Bakı, 24 iyul, AZƏRTAC

İyulun 24-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinə Ağcabədi rayonu Qiyaməddinli kəndi ərazisində yerləşən əkin sahəsində bir ədəd mərminin aşkar olunması barədə məlumatlar daxil olub.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, agentliyin mütəxəssisləri tərəfindən həmin əraziyə baxış keçirilib, aparılan əməliyyat tədbirləri nəticəsində 1.4 metr dərinlikdən aşkar olunmuş partlamış 9M22U raketinin (qrad) qalıqları götürülüb.

Partlayış yerinin ətrafında 3 000 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, təhlükəli əşya və qurğu aşkar edilməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.