Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

ANAMA tərəfindən 9 rayonda 1294 partlamamış hərbi sursat zərərsizləşdirilib

Bakı, 29 aprel, AZƏRTAC

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) aprelin 7-dən 29-dək Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Zərdab, Şəmkir, Cəlilabad və Samux rayonlarında aşkar olunan partlamamış hərbi sursat (PHS) haqqında hesabatı açıqlayıb.

ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Tərtər rayonunun Qapanlı kəndində 100 ev və həyətyanı sahəyə, 1 tibb məntəqəsinə, 137 partlayış yerinə baxış keçirilib və partlamış sursatların qalıqları təmizlənıb. Bununla yanaşı, partlamamış 3 ədəd 85 millimetrlik top mərmisi, 9 ədəd 122 millimetrlik top mərmisi və 1 ədəd 152 millimetrlik top mərmisi aşkar edilərək götürülüb.

Yuxarı Qapanlı kəndində 5 ev və həyətyanı sahəyə, 5 partlayış yerinə baxış keçirilib və partlamış sursatların qalıqları təmizlənib. Qarağacı kəndində 22 ev və həyətyanı sahəyə və 24 partlayış yerinə baxış keçirilib, partlamış sursatların qalıqları təmizlənib. Qaradağlı kəndində 36 ev, 52 partlayış yerinə və bir əkin sahəsinə baxış keçirilib, partlamış sursatların qalıqları təmizlənib.

Əskipara kəndində 1 ev və həyətyanı sahəyə, 4 ferma və 13 partlayış yerinə baxış keçirilib, partlamış sursatların qalıqları təmizlənib. Bir əkin sahəsində 30 ədəd 122 millimetrlik partlamamış top mərmisi aşkar edilərək götürülüb. Şıxarx kəndində 1 ev və həyətyanı sahəyə, 1 əkin sahəsində 5 partlayış yerinə baxış keçirilib. Bir ədəd partlamamış 152 millimetrlik top mərmisi, 1 ədəd 60 millimetrlik minaatan mərmisi aşkar olunaraq götürülüb. Buruc kəndində 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilib. Nəticədə 1000 kvadratmetr ərazi yoxlanılıb və partlamamış hərbi sursat aşkar edilməyib. Hacıqərvənd kəndində 1 ev və həyətyanı sahəyə baxış keçirilib və partlamamış hərbi sursat aşkar edilməyib.

Tərtər şəhərində 2 ev və həyətyanı sahədə 2 partlayış yerinə baxış keçirilib. Bir ədəd 122 millimetrlik 9M22U raketinin motor hissəsi aşkar edilərək zərərsizləşdirilib.

Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində 1 ev və həyətyanı sahəyə düşmüş 1 ədəd partlamamış 122 millimetrlik top mərmisi aşkar olub. Mirzəhaqverdili kəndində 1 ev və həyətyanı sahəyə baxış keçirilib və partlamış sursatın qalıqları təmizlənib. Qaraxanlı kəndində 18 ev və həyətyanı sahəyə və 22 partlayış yerinə baxış keçirilib və partlamış sursatın qalıqları təmizlənib.

Ağdam rayonunun Təzəkənd kəndində 8 ev və həyətyanı sahəyə, 5 əkin sahəsinə və 28 partlayış yerinə baxış keçirilib. Bir ədəd partlamamış 122 millimetrlik top mərmisi və 1 partlamamış 100 millimetrlik tank mərmisi aşkarlanaraq zərərsizləşdirilib. Orta Qərvənd kəndində 1 ev və həyətyanı sahəyə baxış keçirilib. Bir partlamamış 122 millimetrlik top mərmisi aşkar olunub və zərərsizləşdirilib. Çıraqlı kəndində dörd ev və həyətyanı sahəyə və 4 partlayış yerinə baxış keçirilib, partlamış sursatın qalıqları götürülüb. Mahrızlı kəndində 15 ev və həyətyanı sahəyə baxış keçirilib, qrad mərmilərinin partlamış hissələri çıxarılıb. Əfətli kəndində 9 ev və həyətyanı sahə, 1 partlayış yerinə baxış keçirilmiş, 1 ədəd partlamamış 152 millimetrlik top mərmisi aşkar olunmuş və zərərsizləşdirilib. Kənddən keçən Qarqar çayında Ermənistan istehsalı olan beş ədəd piyada əleyhinə mina aşkar olunaraq götürülüb

Ballar kəndində dörd əkin sahəsində 4 partlayış yerinə baxış keçirilib, partlamamış sursat aşkar edilməyib. Ergi düzündə bir fermaya baxış keçirilib, 1 ədəd 100 millimetrlik top mərmisi aşkar edilərək götürülüb. Evoğlu kəndində dörd əkin sahəsində 4 partlayış yerinə baxış keçirilib, partlamamış sursat aşkar edilməyib. Baharlı kəndində bir əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib, partlamamış sursat aşkar edilməyib. Yusifcanlı kəndində 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib, partlamamış sursat aşkar edilməyib. Dörd yol-1 qəsəbəsində bir əkin sahədə 1 partlayış yerinə baxış keçirilib və partlamamış sursat aşkar edilməyib. Çəmənli kəndində 1 partlayış yerinə baxış keçirilib və partlamamış sursat aşkar edilməyib. Səfərli qəsəbəsində 1 ev və həyətyanı sahəyə, 2 partlayış yerinə baxış keçirilib, partlamamış sursat aşkar edilməyib.

Goranboy rayonunun Tapqaraqoyunlu kəndində 133 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 1 kənd qəbiristanlığı, 1 kənd orta məktəbinin ərazisi yoxlanılıb, 156 partlayış yerindən sursatların qalıqları çıxarılıb. İki ədəd partlamamış 100 millimetrlik, 1 ədəd 122 millimetrlik top mərmisi və 1 ədəd 82 millimetrlik minaatan mərmisi aşkar olunaraq zərərsizləşdirilib. Qaxdud kəndində 2 evə və həyətyanı sahəyə, 2 partlayış yerinə baxış keçirilib, partlamış sursatların qəlpələri və qalıqları götürülüb.

Füzuli rayonunun Mirzənağılı kəndində 5 ev və həyətyanı sahəyə, 4 partlayış yerinə baxış keçirilib, bir ədəd 82 millimetrlik minaatan mərmi aşkar edilib. Qazaxlar kəndində 3 ev və həyətyanı sahələrdə 3 partlayış yerinə baxış keçirilib. Əhmədalılar kəndində 7 ev və həyətyanı sahədə 7 partlayış yerinə baxış keçirilib, partlamış sursatların qəlpələri və qalıqları götürülüb. Alıxanlı kəndində 8 ev və həyətyanı sahəyə, Çaxır zavodu ərazisində 37 partlayış yerinə baxış keçirilib, 1 ədəd 100 millimetrlik top mərmisi, 1 ədəd 82 millimetrlik minaatan mərmi və 1 ədəd 125 millimetrlik tank mərmisi aşkar olunaraq götürülüb.

Horadiz şəhərində və ətrafında 89 partlayış yerinə baxış keçirilib, 81 partlamış, 3 partlamamış hərbi sursat aşkar olunaraq götürülüb.

Tovuz rayonunun Qədirli kəndində 1 ev və həyətyanı sahəyə baxış keçirilib, 84 ədəd 100 millimetrlik partlamamış top mərmisi aşkar edilərək götürülüb.

Zərdab rayonunun Körpükənd kəndində aprelin 22-də saat 20:02-də Zərdab rayon polis şöbəsinin rəisi Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə zəng edərək rayonunun Körpü kəndi ərazisində bir tank əleyhinə mina aşkar olunması barədə məlumat verilib. Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib və sel suları vasitəsilə sahilə çıxan bir tank əleyhinə minanın olduğu müəyyən olunub.

Tapılan minanın ətrafı işarələnmiş və yerli polislər tərəfindən mühafizəsi təşkil olunub. Havanın qaranlıq olması nəzərə alınaraq minanın zərərsizləşdirilməsi aprelin 23-də partlayış yolu ilə məhv edilib.

Samux rayonunun Kolayır kəndində 3 ədəd OFAB-50 aviabomba, 1122 ədəd 12.7 millimetrlik və 15 ədəd 7.62 millimetrlik patron aşkar edilərək zərərsizləşdirilib.

ANAMA-nın mütəxəssisləri Şəmkir şəhərinin 20 yanvar küçəsində 1 ədəd aşkar olunan 122 millimetrlik top mərmisinə texniki baxış keçirib və daşınması mümkün olduğu üçün götürülərək zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi partlayış ərazisinə daşınıb. Aşkar edilmiş sursatın ətrafında 100 kvadratmetr əraziyə baxış keçirilib, əlavə heç bir təhlükəli əşya və ya qurğu aşkar edilməyib.

Cəlilabad rayonunda aprelin 27-də 2 saat 10:16-də Daxili İşlər Nazirliyinin əməliyyat növbətçisinin köməkçisi tərəfindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə zəng daxil olub. Məlumata əsasən, Cəlilabad rayonu Privolnoye kəndi ərazisindən keçən Göytəpə çayında 4 ədəd mərmi aşkar edilib. Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib və çay vasitəsilə sahilə çıxan altı ədəd tank əleyhinə minaları aşkar ediblər. Tapılan minaların Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əməkdaşları ilə birlikdə partlayış yolu ilə zərərsizləşdirilib.

Ümumilikdə, agentlik tərəfindən aprelin 7-dən 29-dək Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Zərdab, Şəmkir, Cəlilabad, Goranboy və Tovuz rayonlarında 378 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 1 kənd qəbiristanlığına, 1 kənd orta məktəbinə, 1 tibb məntəqəsinə, 5 fermaya və əkin sahələrinə baxış keçirilib. 1294 ədəd partlamamış hərbi sursat və on piyada əleyhinə mina, altı tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda agentlik tərəfindən yaradılmış minaaxtaran itlərin dəstəyi ilə xüsusi təyinatlı mobil çevik qrupları tərəfindən təmas xəttində yerləşən kəndlərdə evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatlar davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa İttifaqının xarici işlər və müdafiə nazirləri İran ətrafındakı vəziyyəti müzakirə edəcəklər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sənayesi Türkiyənin artan nüfuzuna ciddi töhfə verir

Sumqayıtlı məzun: 300 bal toplamaq mənim ilk böyük uğurumdur

Sumqayıtda kiberdələduzluğa qarşı maarifləndirmə işi aparılır

“BrandShield” saxta dərmanlar satan 250-dən çox saytı bloklayıb

Birləşmiş Ərəb Əmirliklərinə güclü yağışlar yağır, uçuşlar təxirə salınıb

Maya Sandu: Moldovanın Avropa İttifaqı üzvlüyünə dair referendum oktyabrın 20-də keçirilə bilər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

BDU-da IV Azərbaycan Astronomiya Olimpiadasının final turu keçiriləcək

Gürcü politoloq: Bəzi ölkələrin geosiyasi maraqları olmasaydı, Azərbaycan torpaqlarını işğaldan daha tez azad edərdi

Bir sıra ölkələrdən quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub

Gürcü politoloq: Azərbaycan öz maraqlarını qorumağa kifayət qədər hazırdır

Avropa Komissiyası ADPU-nun ENGAGE layihəsində assosiativ tərəfdaşlığını rəsmən təsdiq edib

Azərbaycanın energetika naziri IRENA-nın baş direktoru ilə görüşüb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində AQEM nümayəndə heyəti ilə görüş olub

“BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun konsert proqramı

Regional konfransda Azərbaycanda istilik təchizatı və enerji effektivliyi sahəsində görülən işlərdən danışılıb

Fiziologiya üzrə doktorantura və dissertanturaya hazırlaşanların nəzərinə

Bakıda ilk dəfə Azərbaycan İnsurtech Zirvəsi təşkil olunub YENİLƏNİB

“Yaşıl təhsil” - ADPU-da elmi-praktik konfrans

Azərbaycan və Ukraynanın ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı və Abşeronda bəzi torpaq sahələri bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib

Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

DSMF ünvanlı sosial yardımla bağlı vətəndaşlara müraciət edib

2023-2024-cü illərdə istehsal edilən istilik enerjisinin həcmi açıqlanıb

Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

“Crocus City Hall”dakı terror aktı ilə əlaqədar daha bir nəfər həbs olunub

Şərqşünaslıq İnstitutunda özbəkistanlı alimlərlə görüş keçirilib

Elm və təhsil naziri UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb

Paytaxtın Nizami rayonunda ağacəkmə aksiyası keçirilib

Azərbaycan məktəbliləri Avropa Qızlar Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

BVF: Qarşıdakı il dünya iqtisadiyyatını yavaş, lakin dayanıqlı inkişaf gözləyir

Türkiyənin Hacettepe Universitetinin professoru ADPU-da olub

Azərbaycanlı yazıçının əsəri Praqada səhnələşdirilib

Buraxılış imtahanında 300 bal toplayan şagird: Yüksək nəticə əldə edəcəyimi gözləyirdim

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Dendrologiya İnstitutu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirib

Cəlilabad sakini babasından qalan odlu silahı polisə könüllü təhvil verib

Bakıda keçiriləcək atıcılıq üzrə Dünya Kubokunun rəsmi posteri təqdim olunub

® “Bakcell” böyük dəyişiklər astanasındadır

Türkiyədə “yaşıl” enerjinin ümumi istehsaldakı payı 55 faizə çatacaq

Bakı məktəblisi: Hədəfim 700 bal toplamaqdır

Biləsuvar rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Neftçala rayonunun inzibati ərazisində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pərviz Şahbazov: Azərbaycanda bərpa olunan enerji potensialı 4 dəfə arta bilər

Bakı şəhəri, Qaradağ rayonunun və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qərbi Azərbaycanın siyasi tarixi və etnik mənzərəsi” - ADPU-da mühazirə

Türkiyə və Gürcüstan rəsmiləri regional problemləri müzakirə ediblər

Metanol ixracı 17 faizdən çox artıb

İlin ilk rübündə Aqrar Biznes festivallarında 23 rayondan 3 minə yaxın fermer iştirak edib

BDU-nun Biologiya fakültəsinin tələbələrinə açıq havada dərslər keçirilir

Bu ilin birinci rübündə KOBİA 152 biznes planın hazırlanmasına dəstək olub

Qeyri-verbal kommunikasiyanın təhlili və təşkili - təlim

Əbu-Dabidə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi Assambleyasının 14-cü sessiyası keçiriləcək

Buraxılış imtahanında 300 bal toplayan şagird: Hüquqşünas olmaq istəyirəm

ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir

AQTA və UNICEF arasında əməkdaşlıq genişlənir

AQTA Goranboyda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlayıb

Saatlıda kənd məktəbinin şagirdi buraxılış imtahanında 300 bal toplayıb

Əqli Mülkiyyət Agentliyi gənc ixtiraçılara dəstək verir

Niyazinin Mənzil Muzeyində Zülfüqar Hacıbəyovun 140 illiyi qeyd olunub

Meksikanın paytaxtında maksimal temperatur qeydə alınıb

Elnur Məmmədli: Avropa çempionatına tam heyətlə gedəcəyik

Naxçıvanda kitabxana müdiri və kitabxanaçı vəzifələri üzrə müsabiqə keçirilib

Füzuli məktəbinin şagirdi buraxılış imtahanında ən yüksək nəticə göstərib

Azərbaycan elektromobil idxalını artırıb

“Məşğulluğa dəstək layihəsi” üzrə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Türkiyə ilə Gürcüstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Baş direktor: Azərbaycan və Türkiyə arasında e-ticarətin inkişafı vacibdir

BDU-da “Gənclik həftəsi” başlanıb

Kəngərli rayonunda avtomobil yanıb

AZƏRBAYCANIN GƏNC İSTEDADLARI
Sona Bəşirova

“Təbiətə quş yuvaları hədiyyə edək” adlı layihə həyata keçirilib

Cüdo Federasiyasının baş katibi: Ümid edirəm ki, Avropa çempionatında nəticələrimiz ötənilkindən zəif olmayacaq

Gənclər Fondu yerli və beynəlxalq layihə müraciətlərinin qəbulunu elan edir

Təlim keçmək üçün Rumıniyaya daha üç F-16 göndəriləcək

Füzuli şəhərinə daha 156 ailə köçürüləcək VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Neftçalada vətəndaşları qəbul edib, təsərrüfatlara baxış keçirib

“Azərbaycanda rəqəmsal transformasiya – 2023” bülleteni çapdan çıxıb

“Tərəqqi” medalı ilə təltif edilmiş qadınlara mükafatlar təqdim olunub

Yüksək Liqa: “Murov Az Terminal” yarımfinalda “Neftçi”yə qalib gəlib

Bərdə-Ağdam avtomobil yolunda baş verən qəzada bir nəfər ölüb - YENİLƏNİB VİDEO

Cüdo üzrə Azərbaycan millisi Avropa çempionatına tam heyətlə hazırlaşır

Azad edilmiş ərazilərdəki yaylaqlara köçəcək 4 min 500 nəfərdən çox fermerə ANAMA təlimlər keçir

Çində Azərbaycan dili virtual formada tədris olunacaq VİDEO

BMU-nun nümayəndələri Özbəkistanda beynəlxalq konfransda iştirak edəcəklər

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən şəxs saxlanılıb

Bişkekdə TÜRKPA-nın iclası keçiriləcək

Dünya Bankı “ASAN xidmət” konseptini yüksək qiymətləndirir

Keçmiş məcburi köçkünlərin qayıdış prosesi ilə bağlı müraciətləri dinlənilib

Mer: Azərbaycan İrpenin ən böyük 4 obyektinin yenidən qurulmasını və bərpasını maliyyələşdirəcək VİDEO

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Qax şəhər məktəbinin 2 şagirdi buraxılış imtahanında maksimum nəticə göstərib

Bakıdakı Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib

Ədəbiyyat İnstitutunda “Məhəmməd Füzuli və Türk dünyası” mövzusunda elmi konfrans keçirilib

Sumqayıtda “Ekoloji təhlükəsizlik və yaşıl dünya” adlı işgüzar konfrans keçirilib

Azərbaycanın bu ilin birinci rübündə ən çox neft ixrac etdiyi ölkə İtaliyadır

Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilib

Daha beş qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

® “Kapital Bank” 2024-cü ilin I rübünün maliyyə nəticələrini elan edib