REGİONLAR
ANTALYADA İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATININ ÜZVÜ OLAN ÖLKƏLƏRİN KƏND TƏSƏRRÜFATI NAZİRLƏRİNİN İKİNCİ GÖRÜŞÜ BAŞLAMIŞDIR
Dekabrın 6-da Türkiyə Respublikasının Antalya şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan ölkələrin kənd təsərrüfatı nazirlərinin ikinci iclası öz işinə başlamışdır.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ölkəmizi tədbirdə nazir İsmət Abasov təmsil edir.
İclasda ərzaq təhlükəsizliyi, yoxsulluğun azaldılması, quraqlıq və səhralaşmanın qarşısının alınması, ev heyvanlarının xəstəlikləri ilə səmərəli mübarizə üçün təhlükəsizlik zonalarının yaradılması, yığılmış məhsulun saxlanmasından ötrü müasir texnologiyanın yayılması, emal sənayesinin inkişafı, sudan səmərəli istifadə, kənd təsərrüfatı bitkilərinin yerli sortlarının genofondunun mühafizəsi, fermerlərin məlumatlandırılması, beynəlxalq qanun və qaydaların razılaşdırılması ilə bağlı məsələlərin müzakirə edilməsi nəzərdə tutulmuşdur.
Aqrar elm sahələrində ikitərəfli və regional əməkdaşlıq məsələləri barədə də fikir mübadiləsi aparılacaqdır.
İclas dekabrın 7-dək davam edəcəkdir.