MƏDƏNİYYƏT
A.P.Çexov adına Moskva Bədaye Teatrının Bakıda qastrolları olacaq
Bakı, 1 oktyabr (AZƏRTAC). Oktyabrın 7-də Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində A.P.Çexov adına Moskva Bədaye Teatrının yaradıcı kollektivin ifasında Aqata Kristinin “İttihamın şahidi” romanı əsasında eyniadlı tamaşanın nümayişi olacaq.
Tamaşanın süjeti belədir: vəkil Uilfrid Robarts ilk baxışda ümidsiz görünən bir işi öhdəsinə götürür. Onun müdafiə etdiyi şəxs yaşlı bir qadının qətlində ittiham olunur və bütün dəlillər onun günahkar olduğunu göstərir. Müttəhimin günahsız olduğunu təsdiqləyə biləcək yeganə adam isə onun həyat yoldaşıdır. Lakin onun ifadələri vəkili çaşbaş salır...
Tamaşada Renata Litvinova, İqor Vernik, Sergey Çonişvili, Yevgeniya Dobrovolskaya və digər aktyorlar iştirak edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]