Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

“APİ-DELTA” arıçılıq təsərrüfatı Azərbaycanda arıçılıq turizminin inkişafına böyük töhfə verəcək VİDEO

Qax, 31 may, AZƏRTAC

Arıçılıq Azərbaycanda ən qədim təsərrüfat sahələrindən biri hesab olunur. İbtidai insanların qədim yaşayış məskənlərindən olan Azıx mağarasında aparılan arxeoloji qazıntılar zamanı üzərində arı şəkli olan kasa qabın tapılması Azərbaycanda arıçılığın çox qədim tarixi olduğunu bir daha təsdiq edir. Əlverişli iqlim şəraitinə, zəngin bitki örtüyünə malik olması ölkəmizdə arıçılığın inkişafını şərtləndirən başlıca amillərdən biridir.

Zəngin floraya malik olan Qax rayonu Azərbaycanın arıçılıq mərkəzlərindən biri sayılır. Son illər rayonda bu sahənin inkişafı istiqamətində məqsədyönlü iş aparılır. Qax Arıçılar Birliyinin sədri Bədrəddin Həsrətovun rəhbərlik etdiyi “APİ-DELTA” arıçılıq kompleksinin bu sahədəki rolu xüsusilə böyükdür.

“APİ-DELTA” respublikada ən iri arıçılıq təsərrüfatıdır

İki ilə yaxındır ki, yaradılan bu kompleks ölkəmizdə fəaliyyət göstərən ən iri arıçılıq təsərrüfatıdır. Təsərrüfatda minə yaxın arı ailəsi var. Kompleksin tərkibinə arıxana təsərrüfatları, damazlıq bölmə, arı pətəyi, çərçivə və arıçılıq üçün lazım olan digər avadanlığın, həmçinin arı mumundan şanın hazırlanması üçün sexlər, laboratoriya, arı südünün alınması və digər istehsal sahələri daxildir. Müəssisədə 10 çeşiddə arıçılıq məhsulu, o cümlədən bal, çiçək tozu, vərəmum, arı südü, orqanik bal və digər məhsullar istehsal olunur.

Bədrəddin Həsrətov, həm də iki aydır ki, Azərbaycan Arıçılar Assosiasiyasına rəhbərlik edir. Təsərrüfat rəhbəri AZƏRTAC-a müsahibəsində rayonda arıçılığın inkişafı istiqamətində görülən işlər və kompleksin fəaliyyəti barədə ətraflı məlumat verib.

Müsahibimizin bildirdiyinə görə, arıçılıqla 1987-ci ildən məşğul olur. Əvvəllər qoyunçuluq sahəsində çalışan B.Həsrətov çöldə qoyun-quzu otararkən təsadüfən ağacın koğuşunda bal arısının yuvasını tapıb. Elə həmin vaxtdan arıçılıq diqqətini çəkib, bu sahəyə meyil salıb. Beş il Rusiyada arıçılıq sahəsində çalışıb, bu sənətin sirlərinə yiyələnib. Rayona qayıtdıqdan sonra bu peşəyə ürəkdən bağlanıb, ilk şəxsi təsərrüfatını yaradıb.

Arıçının dediyinə görə, 2006-cı ildə Qaxda Arıçılar Birliyi yeni yaranarkən rayonda cəmi 60 arıcı və 2500 arı ailəsi olub. Onun rəhbərlik etdiyi qurum ötən müddət ərzində səmərəli fəaliyyət göstərib, fermerlərin bu gəlirli sahəyə marağını artırmaq üçün geniş maarifləndirmə işləri aparıb. Arıçılar Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə rayon arıçıları üçün xüsusi kurslar təşkil edib. Həmin illərdə Qax arıçıları respublika və beynəlxalq səviyyəli tədbirlərdə, sərgilərdə də yaxından iştirak edib, fərqləniblər. B.Həsrətov özü 2002-2008-ci illərdə respublikada keçirilən müxtəlif arıçılıq tədbirlərində, sərgilərdə birinci yeri tutub, 2008-ci ildə isə Cənubi Koreyada keçirilən arıçılıq sərgisində gümüş medala layiq görülüb.

“Biz nəinki özümüzü təmin edə, eyni zamanda, bal ixrac edən ölkəyə çevrilə bilərik”

Arıçılığın inkişafı ilə bağlı görülən işlərin artıq öz bəhrəsini verdiyini vurğulayan qurumun rəhbəri hazırda rayonda 250 arıçı və 15 minə yaxın arı ailəsinin olduğunu diqqətə çatdırıb. Ümumiyyətlə son illər Azərbaycanda arı ailələrinin sayı xeyli artıb və hazırda sayı 220 minə çatıb. Respublikada ildə təxminən 2 min ton bal istehsal olunur. “Nəzərə alsaq ki, bu, ölkə əhalisinin bala olan tələbatının yalnız 50 faizini təşkil edir, deməli, arıçılığın inkişaf etdirilməsinə ehtiyac var. Təhlillər göstərir ki, ölkə ərazisində 700 min arı ailəsinin saxlanması üçün real şərait mövcuddur. Biz nəinki özümüzü təmin edə, eyni zamanda, bal ixrac edən ölkəyə çevrilə bilərik”, - deyə Azərbaycan Arıçılar Assosiasiyasının rəhbəri bildirib.

Cırlaşmış arıların məhsuldarlığı aşağı olur

Arıçılıqda damazlıq işinin mühüm rol oynadığını vurğulayan təsərrüfat rəhbəri deyib: “Arıçı bu işi düzgün təşkil etsə, yaxşı da məhsul götürər. Yaşadığımız bölgədə tarixən mövcud olan və dünyada ən məhsuldar arı cinslərindən sayılan “Boz Qafqaz” cinsi artıq cırlaşıb. Bu arıların xortumunun uzunluğu 7,2 millimetrdir, çiçəkdən yaxşı şirə çəkə bilir. Cırlaşmış arıların məhsuldarlığı isə aşağı olur. Ona görə də bütün arıçılıq təsərrüfatlarının damazlıq ana arıya ehtiyacı var”.

Kompleksdə damazlıq bölmə ötən il yaradılıb. Sağlam, məhsuldar arı cinsi yetişdirmək üçün müəssisə tərəfindən şimal-qərb bölgəsi rayonlarından 240 arı nümunəsi götürülərək, gen analizindən keçirilməsi üçün Türkiyəyə göndərilib. Analizlərin cavabına əsasən, bu arılardan 75-nin təmiz “Boz Qafqaz” cinsindən olduğu müəyyənləşib. Hazırda kompleksin damazlıq bölməsində həmin arılardan mayalandırma yolu ilə ana arılar yetişdirilir. Burada yetişdirilmiş ana arılar artıq Naxçıvan, Şamaxı və Gəncənin arıçılıq təsərrüfatlarına da göndərilib. Belə arı ailələrinin məhsuldarlığını artıq cari mövsümdə müəyyənləşdirmək mümkün olacaq.

Yeni istiqamət: Arıçılıq turizmi

Müsahibimizin bildirdiyinə görə, hazırda kompleksdə arıçılıq turizminin yaradılması istiqamətində iş aparılır. Bu məqsədlə ərazidə xüsusi guşə yaradılır. Turistlər burada qədimdə insanların arı ilə ilk təması, arını özününküləşdirməsi, ona xidmət göstərməsi, məhsulundan istifadə etməyə başlaması, arı pətəklərinin meydana gəlməsi, bir sözlə, arıçılığla bağlı prosesləri əyani şəkildə görə biləcəklər. Turistlər sonra kompleksdəki istehsal sahələri ilə tanış olacaq, ərazidə olan “Bal evi”nin ikinci mərtəbəsindəki zalda arıçılıq sənətinin incəlikləri, arıçılıq məhsulları barədə geniş məlumat əldə edəcəklər. Turistlərə arıçılıqla bağlı buklet və kitabçalar da paylanacaq. Sonra turistlər zalda quraşdırılmış xüsusi monitorda arının çiçək tozunu toplayaraq pətəyə gətirməsi, çərçivələrdəki yuvalara yığması, həmçinin balın, arı südünün və digər arıçılıq məhsullarının hazırlanması prosesini görüntülü şəkildə izləyə biləcəklər. Qonaqlar, həmçinin bu məhsullardan dadacaq, “Bal evi”ndəki mağazadan istədikləri məhsulu alacaqlar.

Müəssisə rəhbərinin dediyinə görə, turistlər artıq bu ildən kompleksin xidmətindən yararlana biləcəklər. Kompleksə turist qruplarının gəlişini təmin etmək məqsədilə “APİ-DELTA” artıq Mədəniyyət və Turizm Nazirliyində qeydiyyatdan da keçib.

Müsahibimiz bildirib ki, arıçılıq təsərrüfatları ekoloji mühitin yaxşılaşdırılmasında, ekologiyanın qorunmasında çox böyük rol oynayır. Arı tozlandırması nəticəsində yer üzünün bitki aləmi, meşələr, ətraf mühit yaxşılaşır, inkişaf edir, kənd təsərrüfatında, bitkiçilikdə məhsuldarlıq artır. Alimlərin, mütəxəssislərin fikirlərinə görə, arıçılıq məhv olarsa, təbiət də 5-10 ildən sonra məhvə doğru gedəcək. Çünki təbiətdəki tozlanmanın 85 faizini bal arısı aparır. Təbiətdə tozlanma getməzsə, ekoloji zəncir qırılar, həyat məhv olar.

Arı məhsulları ilə müalicə pansionatı yaradılacaq

“APİ-DELTA” arıçılıq təsərrüfatı beynəlxalq əlaqələrə də xüsusi diqqət ayırır. Müəssisə Dünya Arıçılıq Assosiasiyası, Türkiyə, Rusiya və Ukraynanın arıçılıq təsərrüfatları ilə sıx əməkdaşlıq edir. Təsərrüfatın mütəxəssisləri keçən il iki ay müddətində Çində olub, kurs keçiblər.

Gələcək planlar barədə məlumat verən Bədrəddin Həsrətov bildirib ki, müəssisədə istehsal edilən arıçılıq məhsulları hələlik sadə üsullarla qablaşdırılır. Gələcəkdə kompleksin ərazisində qablaşdırma sexinin işə salınması, həmçinin bal süzən xəttin quraşdırılması nəzərdə tutulur.

Yaxın gələcəkdə kompleksin ərazisində arı məhsulları ilə müalicə pansionatının da yaradılacağını diqqətə çatdıran təsərrüfat rəhbəri deyib: “Arı pətəyi özü bir aptekdir, orada bütün xəstəliklərin müalicəsini tapmaq olar. Arı südünün tərkibində insana lazım olan xeyli miqdarda zülallar, karbohidratlar, yağlar, amin turşuları, vitaminlər var. Çox az xəstəlik tapılar ki, müalicəsində arı məhsullarından istifadə olunmasın. Çünki arının zəhəri də dərmandır”.

Pansionatda çalışacaq həkim-mütəxəssislərin hazırlanması işinə də başlanılıb. Həkimlərdən biri artıq xaricdə xüsusi kurs keçib. Tezliklə daha bir mütəxəssis təlim keçmək üçün Sankt-Peterburqa göndəriləcək.

Mustafa Dadaşov

AZƏRTAC-ın müxbiri

“APİ-DELTA” arıçılıq təsərrüfatı Azərbaycanda arıçılıq turizminin inkişafına böyük töhfə verəcək VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Misir Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb

“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu

Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb

IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir

Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar

Otuz ölkəni təmsil edən xarici ekspertlərin iştirakı ilə Laçında konfrans işə başlayıb

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu çərçivəsində gənclərlə görüş keçirilib

® Mərkəzi Gömrük Hospitalında “Son mərhələ qaraciyər xəstəliyi və viral hepatitlər" mövzusunda elmi konfrans keçirilib

AQTA bazar rəhbərlərinə xəbərdarlıq edib

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş

“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq

Regional sabitliyə əsaslanmış Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası başlayıb YENİLƏNƏCƏK

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub YENİLƏNİB

“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir

Cənubi Koreyanın dörd avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır

Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz

Ankarada Türk dövlətlərinin kosmik texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edilir

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin nümayəndə heyəti UNEC-də olub

Mirhəsən Həsənov: Metsamor Atom Elektrik Stansiyası region dövlətləri üçün böyük təhlükə mənbəyidir

BANM-də beynəlxalq elmi konfransların açılışı olub

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilir

“Könüllülərə yol açırıq” - satış sərgisi

Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA

Famil Ağayev: Bəlkə də mövsüm ərzində "Azərreyl"ə qalib gəlməyimiz bizi arxayınlaşdırdı

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq ŞƏRH

Azərbaycanda vergiödəyicilərinin sayı 7 faizdən çox artıb

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib

Başqırdıstan istehsal etmədiyi məhsulları Azərbaycandan idxal etmək istəyir

Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edib

Aprelin 25-də hava əsasən yağmursuz keçəcək

Beynəlxalq təşkilat Fransanı nümayiş hüququnu məhdudlaşdırmaqda günahlandırır

Yaponiya arxeoloqları Romada imperator Avqustun sarayını aşkar ediblər

Ekoloji təhlükəsizliyin milli və beynəlxalq hüquqi təminatı - elmi-praktik konfrans

Danimarkada Makedoniyalı İsgəndərin təsviri olan qədim bəzək əşyası aşkarlanıb

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub

Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub

İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb

Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir

Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır

Milli Kitabxana “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi hazırlayıb

İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək

Faktiki hava: Ötən gün Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb

“Azərbaycanın müasir müdafiə sənayesi” - BMU-da tələbələrlə görüş

Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb VİDEO

Filippində istidən altı nəfər ölüb

Birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib

ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi keçirilib

KOBİA sədri: Başqırdıstan iş adamlarına tenderlərdə iştirak etməsi üçün imkan yarada bilərik

“Azərreyl”in amerikalı voleybolçusu: Çempionluğa layiq idik

“AzerGold”da keniyalı iş adamları ilə görüş keçirilib

Qazaxıstanda daşqınlar səbəbindən 8,5 min insan təxliyə məntəqələrində qalır

Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Havaya normadan artıq tullantı atan restoranların səlahiyyətli nümayəndələri barədə akt və protokol tərtib olunub

Fukuşima AES-dən suyun okeana axıdılması dayandırılıb

BMT-nin Baş katibi: Bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədə daha sıx birləşməlidir

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

Dövlət Yol Polis əməkdaşları vətəndaşları yol hərəkəti qaydaları haqqında məlumatlandırıb

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın səmərəliliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb

“Sumqayıt” klubunun baş məşqçisi “Barselona”nın düşərgəsinə yollanıb

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Çində Rusiya ilə bağlı mövzuları da müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub VİDEO

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur