REGİONLAR


“ARB Günəş” Azərbaycanı beynəlxalq konfransda təmsil edib

Xaçmaz, 7 dekabr, Elxan Yusifli, AZƏRTAC

Dağlıq Qarabağ mövzusu və Ermənistanın təcavüzü nəticəsində doğma yurd-yuvasından didərgin düşən uşaqlar və onların ailələri daim diqqətimizdədir. Bu, hamımızı narahat edən məsələdir. Biz gələcək proqramlarımızda da həmin uşaqlara yer ayıracağıq. Beynəlxalq Uşaq Günü ilə əlaqədar keçirəcəyimiz tədbirlərdə həmin uşaqlardan bir qrupunu Türkiyəyə dəvət edəcəyik. Ümid edirik ki, məcburi köçkün həyatı yaşayan bu balacalar tezliklə doğma yurd-yuvalarına qayıdacaq və şən uşaqlıq həyatlarını yaşayacaqlar.

AZƏRTAC xəbər verir ki, bu fikirləri İstanbul şəhərində təşkil olunan “TRT - Beynəlxalq uşaq media konfransı” zamanı ARB kanalına müsahibəsində Türkiyə Radio və Televiziya Korporasiyasının baş direktoru Şenol Göka söyləyib.

Dekabrın 6-dan başlayan “TRT - Beynəlxalq uşaq media konfransı”nda dünyanın bir çox ölkələrinin media qurumlarının, yayım birliklərinin, universitetlərin və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.

Azərbaycandan beynəlxalq tədbirə ölkəmizin ən böyük media tərəfdaşlıq layihəsi ARB TV-də təmsil olunan “ARB Günəş” telekanalının nümayəndələri qatılıb.

İki gün davam edən beynəlxalq konfransda uşaqların medianı qavraması, rəqəmsal media və təhlükəsizlik problemi, uşaq mediasında azadlıq və başqa mövzular haqqında müzakirələr aparılıb. Konfrans çərçivəsində uşaq mediasının peşəkarları təcrübələrini bölüşüb, fikir mübadiləsi aparıblar.

Panel müzakirələri zamanı ARB TV-nin təmsilçisi Vəli Turan konfrans iştirakçılarına ölkəmizin ilk uşaq kanalı - “ARB Günəş” haqqında ətraflı məlumat verib. Bununla yanaşı, Ermənistanın təcavüzkar siyasəti nəticəsində soydaşlarımızın doğma yurd-yuvalarından didərgin düşdüyü, ermənilərin azərbaycanlılara və xüsusilə azyaşlı uşaqlara qarşı vəhşiliyi diqqətə çatdırılıb.

TRT rəsmiləri Azərbaycanda yaradılan uşaq televiziyası ilə əməkdaşlıq prespektivlərini müsbət qiymətləndirərək, təcrübə mübadiləsinə hazır olduqlarını söyləyiblər.

Beynəlxalq konfrans işini dekabrın 7-də yekunlaşdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.