Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“ARETİ” Beynəlxalq Şirkətlər Qrupunun prezidenti İqor Makarovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

İcazə verin, Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə Sizə və Sizin şəxsinizdə bütün Azərbaycan xalqına “ARETİ” Beynəlxalq Şirkətlər Qrupunun rəhbərliyi və kollektivi adından, şəxsən öz adımdan səmimi təbriklərimi, ən xoş arzularımı çatdırım.

Müstəqillik Günü cəmiyyətdə birlik, sülh və sabitlik rəmzi, Azərbaycan xalqının öz tarixi ənənələrinə sadiqliyinin, həmrəyliyinin və öz dövlətinin dirçəldilməsinə və möhkəmləndirilməsinə yönəlmiş iradəsinin ən parlaq sübutudur.

Möhtərəm İlham Heydər oğlu, bu təntənəli gündə Sizə səmimi qəlbdən möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına səadət, rifah və firavanlıq diləyirik.

 

Dərin hörmətlə,

İqor Makarov

“ARETİ” Beynəlxalq Şirkətlər Qrupunun prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin