MƏDƏNİYYƏT
ARTIM Layihə Məkanında “Evin sirləri” adlı qrup sərgisi açılıb
Bakı, 2 sentyabr, AZƏRTAC
YARAT Müasir İncəsənət Mərkəzinin ARTIM Layihə Məkanında Azərbaycan rəssamlarının “Evin sirləri” adlı qrup sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgidə gənc rəssamlar - Mehriban Şəmsədinskaya, Zöhrab Salamzadə, Hətəm Əlizadə və Qafar Rzayevin əsərləri nümayiş olunub. Sərgidə nümayiş olunan əsərlərin mövzularının diapazonu həm sosioloji, həm də ümumi–məişət xarakterinə malikdir.
Gənc fırça ustaları əsərlərində, ailə, ev, şəxsi və qeyri-şəxsi kənar problemlər mövzusunu, həmçinin insanın evdə olması ilə əlaqəli hər bir məsələni araşdırırlar.
Layihənin başlıca məqsədi, ölkənin gənc nəslinin istedadlı nümayəndələrini incəsənət sahəsində karyera qurmağa təşviq etmək, habelə Azərbaycanın gənc rəssamlarına peşəkar səhnədə öz əsərlərini nümayiş etdirmək üçün müvafiq şərait yaratmaqdır.
Qeyd edək ki, sərgi sentyabrın 15-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.03.2023 [12:26]
Rəngkarlıq Muzeyində ustad dərsi - “Özünü kəşf et”
- 30.03.2023 [10:40]
“Artım”da sərgi – “Dərman aradım dərdimə”
- 29.03.2023 [15:30]
“Azərbaycanım” adlı uşaq rəsm müsabiqəsi elan olunub
- 17.03.2023 [20:07]
Rəssamlar İttifaqında Tural Anaroğlunun ilk fərdi sərgisi açılıb
- 17.03.2023 [18:51]
Tural Anaroğlu: Sərgidə 43 rəsm əsərim nümayiş olunur
- 11.03.2023 [10:25]
“Baharın rəngləri” adlı rəsm müsabiqəsinin yekun sərgiləri açılacaq
- 10.03.2023 [14:44]
Həvəskar rəssamların təsviri sənət sərgisi açılıb
- 03.03.2023 [14:39]
Bakıda “Harmoniya” adlı qrup sərgisi açılacaq
- 03.03.2023 [13:38]