CƏMİYYƏT


“ART terapiyanın əsasları” adlı təlim keçirilir

A+ A

Bakı, 20 oktyabr, AZƏRTAC

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İsrail Dövlətinin Səfirliyi ilə birgə əməkdaşlıq çərçivəsində “ART terapiyanın əsasları” adlı təlim təşkil edir.

AZƏRTAC xəbər verir ki, respublikanın 11 rayonunda fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin uşaq inkişafı üzrə mütəxəssislərin fəaliyyətinin səmərəliliyini artırmaq və müraciət edənlərə daha yüksək xidmət göstərmək məqsədilə keçirilən təlimdə İsraildən dəvət olunmuş təlimçi xanım Orly Yosevzon iştirak edib. Təlimin mövzusu art terapiyanın əsasları və onun praktiki tətbiqidir. Təlimdə 30-dan çox uşaq və ailələrə dəstək mərkəzlərinin direktorları, mədəniyyət və incəsənət universitetinin tələbələri, könüllülər iştirak edib.

Sonda təlim iştirakçılarına sertifikat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.