İQTİSADİYYAT


“ASAN Könüllüləri” SOCAR-da təcrübə keçəcəklər

A+ A

Bakı, 14 noyabr, AZƏRTAC

“ASAN Könüllüləri” SOCAR-da təcrübə keçəcəklər.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, şirkət və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında imzalanmış “ASAN Könüllüləri”nin SOCAR-ın bütün struktur bölmələrində ixtisaslarına uyğun olaraq təcrübə keçmələri barədə əməkdaşlıq Sazişi”nin icrası məqsədilə “Master 2” layihəsi çərçivəsində 55 nəfər könüllü üçün test imtahanı təşkil edilib. SOCAR-ın İnsan Resursları Departamentində təşkil edilən test imtahanlarında təcrübə keçmək üçün müraciət etmiş “ASAN Könüllüləri”nin məntiqi təfəkkürü yoxlanılıb. İmtahanlar zamanı könüllülərə təqdim edilmiş 40 test tapşırığının cavablandırılmasına 60 dəqiqə vaxt verilib. İmtahanda hər bir test tapşırığı 1 balla qiymətləndirilib və səhv cavablar düzgün cavablara təsir etməyib. İmtahan zamanı “ASAN könüllüləri” onlara ayrılan vaxtdan istifadə edərək test imtahanını bitirdikdən dərhal sonra əyləşdikləri kompüterin monitorundan avtomatik olaraq topladıqları bal haqqında məlumat ala biliblər.

Test imtahanından müvəffəqiyyətlə keçən könüllülər yaxın zamanda müsabiqənin növbəti mərhələsinə - müsahibəyə dəvət ediləcəklər. Ödənişsiz istehsalat təcrübəsi müddətində fərqlənən könüllülərə təcrübə bitdikdən sonra SOCAR-ın müvafiq sertifikatları təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.