CƏMİYYƏT


“ASAN Könüllüləri” Təşkilatı “Mədəni irs”  layihəsinin icrasını başa çatdırıb

Bakı, 30 avqust, AZƏRTAC

“ASAN Könüllüləri” Təşkilatı Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Mədəni irs” layihəsinin icrasını başa çatdırıb.

Təşkilatdan AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində mədəniyyət abidələrinə, muzeylərə, teatrlara tanışlıq səfərləri təşkil olunub.

Layihənin məqsədi Azərbaycanın zəngin mədəni irsinin gənclər arasında təbliği, ölkə gəncliyinin tarixi abidələrə marağının artırılması, gənclərin teatrlara səfərlərinin mütəmadi hal alması, onların dünyagörüşünün artırılması, sosial fəaliyyətlərə həvəsləndirilməsi və s.dir. Belə layihələrin ölkəmizin bölgələrində də təşkil edilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.