SİYASƏT


“ASAN Könüllüləri” təşkilatı erməni hərbiçilər tərəfindən Alxanlı sakinlərinin qətlə yetirilməsi ilə bağlı bəyanat yayıb

Bakı, 6 iyul, AZƏRTAC

“ASAN Könüllüləri” təşkilatı Ermənistan silahlı qüvvələri tərəfindən iyulun 4-də azərbaycanlı mülki əhalinin atəşə tutulması və iki dinc sakinin qətlə yetirilməsi ilə bağlı bəyanat yayıb.

Bəyanatda bildirilir ki, ermənilərin tarixboyu Azərbaycan torpaqlarına yiyələnmək istəyi və buna nail olmaq üçün ən alçaq üsullardan istifadə edərək tarixi Azərbaycan torpaqlarını dədə-baba yurdu adlandırması erməni riyakarlığının bariz nümunəsidir.

“Böyük Ermənistan” xülyasına qapılmış ermənilər 1992-1993-cü illərdə Azərbaycanın 20 faiz torpağını işğal edərək 1 milyondan çox azərbaycanlını öz doğma yurdundan didərgin salıblar.

Ermənilər tərəfindən işğal olunmuş ərazilərdə olan bütün infrastruktur obyektləri, məktəblər, xəstəxanalar dağıdılıb.

Bəyanatda Xocalı soyqırımının erməni terrorunun ən rüsvayçı addımı olduğu bildirilir. Bu gün də bu cür terror və soyqırımı siyasətinin Ermənistanda dövlət səviyyəsində davam etdirildiyi qeyd olunur.

“İyulun 4-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində 2 yaşlı Quliyeva Zəhra və onun nənəsi həlak olub, bir nəfər ağır yaralanıb Ermənistan dövləti bununla da növbəti dəfə beynəlxalq hüququn fundamental norma və prinsiplərini ciddi şəkildə pozub.

Ermənistan tərəfi bu kimi hallarla mənfur və işğalçı siyasətini davam etdirərək, silahlı münaqişələr (müharibələr) dövründə mülki əhalinin müdafiəsi ilə bağlı Haaqa konvensiyalarını, “Müharibə qurbanlarının müdafiəsi haqqında” Cenevrə Konvensiyasını, BMT Təhlükəsizlik Şurasının qətnamələrini qəti şəkildə pozur.

“ASAN Könüllüləri” təşkilatı olaraq bütün beynəlxalq təşkilatları Ermənistanın sərgilədiyi bu vandal siyasətə qarşı laqeyd qalmamağa, Ermənistan hakimiyyətinin cəzalandırılması üçün mühüm addımlar atmağa çağırırıq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.