SİYASƏT


“ASAN Viza” portalından indiyədək 5 minə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs elektron viza əldə edib

Bakı, 1 fevral, Əsəd Məmmədov, AZƏRTAC

“ASAN Viza” portalından indiyədək 5 minə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs elektron viza əldə edib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin informasiya təminatı şöbəsinin rəhbəri Anar Hüseynov məlumat verib.

A.Hüseynov xatırladıb ki, yanvarın 10-dan etibarən “ASAN Viza” portalı (www.evisa.gov.az) test rejimindən çıxaraq tam istifadəyə verilib. 16 dekabr 2016-cı il tarixində “ASAN Viza” portalının təqdimatı olub. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər elektron vizanı “ASAN Viza” sistemi vasitəsilə 3 addımla (müraciət et, ödəniş et və e-vizanı yüklə) və 3 iş günü ərzində əldə edə bilər. Elektron viza üçün dövlət rüsumu 20 ABŞ dolları təşkil edir və bu viza ölkədə qalma müddəti 30 günədək müəyyən edilən birgirişli elektron vizadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.