CƏMİYYƏT


“ASAN Viza” sisteminə daha 12 dövlət əlavə edilib

Bakı, 17 may, AZƏRTAC 

“ASAN Viza” sistemi vasitəsilə vətəndaşları Azərbaycana səfər edəcək ölkələr siyahısına daha 12 dövlət (Baham adaları, Barbados, Boliviya, Ekvador, Honduras, Maldiv, Mavriki, Paraqvay, Peru, Seyşel adaları, Yamayka, Kolumbiya) əlavə edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildiriblər ki, fəaliyyətinin başlanğıcında “ASAN Viza” portalı vasitəsilə e-viza verilən ölkələrin sayı 81 idisə, “ASAN Viza”nın gündən-günə inkişafı və əhatə dairəsinin genişlənməsi nəticəsində hazırda bu rəqəm 93 -dür.

Xatırladaq ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər elektron vizanı “ASAN Viza” sistemi vasitəsi ilə 3 addımla (müraciət et, ödəniş et və e-vizanı yüklə) və 3 iş günü ərzində əldə edə bilərlər. Elektron viza ölkədə qalma müddəti 30 günədək müəyyən edilən birgirişli sənəddir. Elektron vizalar yalnız siyahısı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təsdiqlənən ölkənin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər üçün rəsmiləşdirilir.

Həmçinin “ASAN Viza” sistemi xarici vətəndaşlara qrup şəklində viza müraciətini təklif edir. Qrup müraciətləri minimum 2, maksimum isə 10 nəfər üçün nəzərdə tutulub. Qrup üzvləri üçün olunan müraciətdə bir elektron poçt ünvanı istifadə və bir ödəniş əməliyyatını etməklə bir neçə müraciət ərizəsi yaradıla bilər.

Ətraflı məlumat üçün aşağıdakı linkdən istifadə etmək mümkündür:

www.evisa.gov.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.