MƏDƏNİYYƏT
“ASAN könüllüləri” Bakı Şopinq Festivalında
Bakı, 2 may, AZƏRTAC
Bakı Şopinq Festivalı “ASAN Könüllüləri” Gənclər Təşkilatı (AKGT) ilə də əməkdaşlıq edir. Belə ki, festivalın təşkilatçısı olan Azərbaycan Konqreslər Bürosu ilə (AKB) AKGT arasında əməkdaşlıq memorandumu imzalanıb.
Memorandum AKB ilə AKGT arasında əməkdaşlıq və partnyorluq münasibətlərini təmin etməklə, Azərbaycan gənclərinin sağlam dəyərlərə əsaslanan fəaliyyətə cəlb olunması, gənclər arasında dövlət iqtisadiyyatına və turizmin inkişafına marağın daha da artırılması, Bakı Şopinq Festivalı üzrə könüllülük fəaliyyətinin təşviq olunması və digər qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığı əhatə edir.
Azərbaycan Konqreslər Bürosundan AZƏRTAC-a bildirilib ki, əməkdaşlıq proqramı çərçivəsində birgə layihələrin, konfransların, seminarların təşkili də nəzərdə tutulur. Büronun həyata keçirdiyi yerli və beynəlxalq miqyaslı layihələrə, beynəlxalq tədbirlərin təşkilinə bundan sonra “ASAN Könüllüləri” Gənclər Təşkilatı cəlb ediləcək.
Bakı Konqreslər Bürosunun ictimai əhəmiyyət kəsb edən təşəbbüsləri “ASAN Könüllüləri” Gənclər Təşkilatı tərəfindən dəstəklənəcək və qarşılıqlı razılaşdırılmış fəaliyyət istiqamətləri üzrə birgə tədbirlər həyata keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.11.2023 [16:59]
Roma tətilləri: şopinq xüsusiyyətləri
- 29.08.2023 [10:59]
Göllər diyarının cazibədarlığı
- 29.08.2023 [00:26]
Rusiyadan Azərbaycana turist axını 4 dəfə artıb
- 25.08.2023 [14:40]
Qazaxıstanın gəzməli-görməli məkanları - qədim və müasir Çimkənd VİDEO
- 24.08.2023 [10:20]
“MasterChef Türkiye” növbəti verilişini Azərbaycana həsr edib
- 23.08.2023 [15:27]
Şahdağda motosiklet festivalı təşkil edilib
- 22.08.2023 [14:08]
Zalsburq: turistləri buraya cəlb edən nədir?
- 17.08.2023 [17:32]
“Bu il Türkiyənin turizm sektorunda bahalaşma qeydə alınıb” – açıqlama
- 05.08.2023 [10:52]