CƏMİYYƏT


“ASAN” könüllüləri Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçməyə başlayıblar

Bakı, 26 iyul, AZƏRTAC

Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçməyə gələn “ASAN Könüllüləri Gənclər Təşkilatı”nın üzvlərindən ibarət növbəti qrupla görüş keçirilib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, görüşdən əvvəl könüllü gənclər Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının, rayon icra hakimiyyətinin inzibati binalarında, Heydər Əliyev adına istirahət parkında yaradılan şəraitlə tanış olublar.

Tanışlıqdan sonra rayon icra hakimiyyəti başçısının müavini Aygün Əliyeva gənclərlə görüşdə onlara uğurlar arzulayıb.

Sonra gənclər icra hakimiyyəti aparatında peşə istiqamətlərinə uyğun olaraq öz istəklərinə əsasən şöbələr üzrə iki aylıq iş təcrübəsinə başlayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.