CƏMİYYƏT


“ASAN könüllüləri” imtahanlara nəzarətçi kimi cəlb ediliblər

A+ A

Bakı, 19 noyabr, AZƏRTAC 

“ASAN” xidmət könüllüləri 2016-cı ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən keçirilən buraxılış və qəbul imtahanlarına cəlb ediliblər.

TQDK-dan AZƏRTAC-a bildiriblər ki, imtahanlarda iştirak etmək üçün Bakının dörd “ASAN” xidmət mərkəzindən və Sumqayıt, Gəncə, Sabirabad, Bərdə şəhər xidmət mərkəzlərindən ümumilikdə 300 könüllünün siyahısı agentlik tərəfindən komissiyaya təqdim olunub. Könüllülərin zəruri məlumatları elektron bazaya daxil edildikdən sonra onlarla test imtahanlarının texnologiyası, imtahanların gedişinə dair prosedur qaydaları ilə bağlı seminar-məşğələlər keçirilib. Bu hazırlıq mərhələsindən keçən könüllülərdən 192-si iyunda keçirilən ümumi təhsil müəssisələrində təhsilalanların biliyinin yekun qiymətləndirilməsi – buraxılış imtahanlarına, 236-sı isə ali və orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarına cəlb edilib.

İmtahan rəhbərləri və nəzarətçilər tərəfindən qiymətləndirmədə müsbət rəy alan 200 könüllü haqqında məlumat nəzarətçilərin elektron qeydiyyatı sisteminə daxil edilib və onların TQDK tərəfindən keçiriləcək imtahanlarda iştirakı nəzərdə tutulub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.