CƏMİYYƏT


ASAN könüllüləri üçün "Tütün - öldürücü təhlükə" adlı maarifləndirici təlim keçirilib

Bakı, 13 fevral, AZƏRTAC

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən 1 saylı “ASAN xidmət” mərkəzində tütünlə mübarizəyə dair "Tütün-öldürücü təhlükə" adlı maarifləndirici təlim keçirilib.

İSİM-dən AZƏRTAC-a bildirilib ki, təlimdə maarifləndirici təqdimatla çıxış edən İSİM-in mütəxəssisi Şəhla Mirzəzadə ASAN könüllülərinə tütünün insan orqanizminə vurduğu zərərlərdən, tütün tüstüsünün qeyri-infeksion xəstəliklərə səbəb olmasından, eləcə də fiziki sağlamlıqla yanaşı, psixoloji təsirlərindən danışıb və tütünün insana yarada biləcəyi problemləri təlim iştirakçılarının diqqətinə çatdırıb.

İştirakçılarla interaktiv formada davam edən təlimdə mütəxəssis tütündən istifadəni tərgitməyin yollarından və bununla bağlı İSİM tərəfindən əldə olunan təcrübədən bəhs edib. Təlimin “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın müvafiq tələblərinə uyğun olaraq həyata keçirildiyini vurğulayan natiq dövlətimizin bu problemə olan böyük diqqətindən, xüsusən də gənclərin tütün aludəçiliyindən uzaq olmaları üçün görülən işlərdən, atılan addımlardan danışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.