CƏMİYYƏT


“ASAN məktub” Füzulidən olan uşaqları sevindirib

A+ A

Bakı, 22 avqust, AZƏRTAC

“ASAN Könüllüləri”nin “ASAN məktub” layihəsi fəaliyyətə başladığı gündən cəmiyyət tərəfindən böyük maraqla qarşılanıb. “ASAN məktub” layihəsi bu dəfə Füzulidən olan uşaqları sevindirib. Belə ki, aprel döyüşləri zamanı “ASAN məktub” komandası Füzulinin balaca sakinləri ilə görüşüb, balacalar öz istək və arzularını bildiriblər. Ünvanlanmış bir çox məktub xeyirxah vətəndaşlar tərəfindən öhdəçiliyə götürülüb.

AZƏRTAC xəbər verir ki, layihədə “ASAN qasid” kimi çıxış edən “ASAN Könüllüləri”nin köməyi ilə öhdəçi vətəndaşlardan təhvil alınan 24 hədiyyə balaca sahiblərinə çatdırılıb. Öhdəçi vətəndaşlara hədiyyələrin çatdırılması ilə bağlı fotoşəkillər e-poçt və digər əlaqə vasitələri ilə göndərilib.

Füzulidən və digər bölgələrdən balacaların ünvanladığı bir çox məktub, hələ də asanmektub.az saytında öz öhdəçisini gözləyir.

Qeyd edək ki, “ASAN Könüllüləri” təşkilatı tərəfindən həyata keçirilən “ASAN Məktub” layihəsinin əsas məqsədi sosial qayğıya ehtiyacı olan 14 yaşadək uşaqların arzu və istəklərini heç bir maddi qazanc güdmədən həyata keçirməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.